Bakı metrosunda qatarların hərəkəti yubandı - Araşdırılır

08:30 - 01 Avqust 2023

Bakı metrosunda qatarların hərəkəti yubandı - Araşdırılır

Bu gün Bənövşəyi xəttin "Xocəsən" stansiyasından sınaq xarakterli ilk qatar yola salındıqdan sonra texniki səbəblərdən yüksək gərginlik itməsi qeydə alınıb.

Bu barədə Manset.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, nəticədə qrafik üzrə növbəti qatarın stansiyadan yola salınmasında 20 dəqiqə yubanma qeydə alınıb.

Lakin Bənövşəyi xəttin "Avtovağzal-8 Noyabr" sahəsində qatarların hərəkəti intervallara riayət olunmaqla qrafik üzrə təmin olunub.

Baş vermiş hadisə ilə bağlı hazırda texniki araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az