Azərbaycanda AĞIR QƏZA - Ölənlər var

09:21 - 02 Avqust 2023

Azərbaycanda AĞIR QƏZA - Ölənlər var

Şəmkirdə iki avtomobil toqquşub, ölənlər var.

 

Manset.az xəbər verir ki, yol-nəqliyyat hadisəsi Bakı-Qazax magistralının Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə nəticəsində iki nəfər dünyasını dəyişib.

Avtomobillərdən birində olanlar, Tovuz rayon sakinləri, 1961-ci il təvəllüdlü Bədirov Fəxrəddin Rəşid oğlu və onun həyat yoldaşı, 1965-ci il təvəllüdlü Bədirova Cəmilə Mirzə qızıdır. Onlardan qadının həyatını xilas etmək mümkün olmayıb. "Mercedes" markalı avtomobilin sürücüsü isə hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az