Bakıda Çin vətəndaşı bədbəxt hadisə nəticəsində ÖLDÜ

16:13 - 02 Avqust 2023

Bakıda Çin vətəndaşı bədbəxt hadisə nəticəsində ÖLDÜ

Bakıda Çin vətəndaşının faciəli şəkildə ölməsi ilə bağlı cinayət işi başlanıb.

 

Baş Prokurorluqdan Manset.az-a bildirilib ki, avqustun 1-də saat 8 radələrində özəl şirkətlərdən birində quraşdırıcı işləyən Çin Xalq Respublikasının vətəndaşı, 1974-cü il təvəllüdlü Ren Zhanmının ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Ren Zhanmın onunla eyni şirkətdə operator-sürücü vəzifəsində işləyən Vüqar Cəfərovla birgə Qobustan qəsəbəsində yolda olan maneəni qaldırmaq istəyərkən teleskopik yükləyicinin hissələri arasında qalıb və aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az