Azərbaycanda AĞIR QƏZA - Ölən var

13:57 - 07 Avqust 2023

Azərbaycanda AĞIR QƏZA - Ölən var

Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

 

Manset.az xəbər verir ki, hadisə Şəmkir-Gədəbəy avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

VAZ markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində, avtomobildə sərnişin qismində olan, 2007-ci il təvəllüdlü Elmir İbrahimov aldığı xəsarətdən dünyasını dəyişib. Sürücü Ramil Natiq oğlu Quliyev və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az