53 yaşlı qonşusunu döyüb öldürdü

12:22 - 08 Avqust 2023

53 yaşlı qonşusunu döyüb öldürdü

1970-ci il təvəllüdlü Göyçay rayon sakini Ruslan Süleymanovun döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alması, göstərilən tibbi yardımlara baxmayaraq bu gün xəstəxanada ölməsi barədə polisə məlumat daxil olub. 

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Manset.az-a verilən məlumata görə, ilkin araşdırma zamanı  R.Süleymanovla qonşusu, 1988-ci il təvəllüdlü İslam Şıxaliyev arasında şəxsi münasibətlər zəminində baş vermiş dava-dalaş zamanı sonuncunun küt alətlə R.Süleymanovun  ölümünə səbəb olan xəsarətlər yetirdiyi müəyyən edilib. İ.Şıxaliyev polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. 

Faktla bağlı cinayət işi başlanılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az