Bakıda açıq ərazidəki yanğın söndürüldü - YENİLƏNDİ

12:33 - 08 Avqust 2023

Bakıda açıq ərazidəki yanğın söndürüldü - YENİLƏNDİ

Paytaxtda açıq ərazidə baş verən yanğın söndürülüb.

 

Fövqəladə Hallar Nazirliyindən Manset.az-a verilən məlumata görə, Binəqədi rayonu, Cəfər Cabbarlı küçəsi yaxınlığında açıq ərazidə baş vermiş yanğın qurumun yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

12:19

Paytaxtın Binəqədi rayonunda açıq ərazi yanır.

Bu barədə Manset.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Binəqədi rayonu, Cəfər Cabbarlı küçəsi yaxınlığında açıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az