Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şabran rayonu, Çayqaraqaşlı kəndi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 30 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.
Manet.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.