Naxçıvanda 30 yaşlı kişini elektrik cərəyanı vurdu

16:58 - 13 Avqust 2023

Naxçıvanda 30 yaşlı kişini elektrik cərəyanı vurdu

Naxçıvan şəhər sakini avtoyumada işləyərkən onu elektrik cərəyanı vurub.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə bugün şəhərin 2-ci mikrorayon ərazisində qeydə alınıb.

Elektrik cərəyanı vurması nəticəsində avtoyuma məntəqəsinin işçisi Naxçıvan şəhərinin Tumbul kənd sakini, 1993-cü il təvəllüdlü Tağıyev Asim Mais oğlu xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağırdır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az