Qəbələdəki meşə yanğını söndürüldü - YENİLƏNDİ

20:34 - 13 Avqust 2023

Qəbələdəki meşə yanğını söndürüldü - YENİLƏNDİ

Qəbələ rayonunun Solquca kəndi yaxınlığında açıq ərazidə 3 ha sahədə kol-kos və quru ot yanıb.

 

Bu barədə Manset.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***18:08

Qəbələ rayonunda dağlıq-meşəlik ərazidə yanğın başlayıb.

 

Manset.az xəbər verir ki, yanğın hadisəsi Qəbələ rayonunun Solquca kəndi yaxınlığında, dağlıq-meşəlik ərazidə qeydə alınıb.

Əraziyə Fövqaladə Hallar Nazirliyinin Qəbələ Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub.

Hazırda yanğın davam edir. ///Report


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az