Kürdəmirdəki qəzada xəsarət alanlardan biri öldü - YENİLƏNDİ

21:54 - 13 Avqust 2023

Kürdəmirdəki qəzada xəsarət alanlardan biri öldü - YENİLƏNDİ

Kürdəmirdə baş verən ağır qəzada xəsarət alanlardan biri dünyasını dəyişib.

 

Manset.az xəbər verir ki, baş verən qəza zamanı minik avtomobilində olan 61 yaşlı Əliyev Cavid Tahir oğlu, bir yaşlı qız və adı məlum olmayan üçüncü sərnişin ağır bədən xəsarətləri alıblar.

Həkimlərin səyinə baxmayaraq, körpə elə xəstəxanada dünyasını dəyişib. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***19:22

Kürdəmirdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az xəbər verir ki, hadisə bu gün gündüz saatlarında Bakı-Qazax əsas magistral yolunun rayonun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb.

"Mercedes" markalı minik maşını ilə yük maşını toqquşub. Nəticədə 2 nəfər müxtəlif xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az