Ana və övladları Kürdə batdı - YENİLƏNDİ

20:20 - 13 Avqust 2023

Ana və övladları Kürdə batdı - YENİLƏNDİ

Şəmkirdə ana və övladları Kürdə batıb.

 

Manset.az xəbər verir ki, Qazax sakinləri 1985-ci il Günay Kərimova və onun övladları 2008-ci il təvəllüdlü Nurlan Kərimov, 2003-cü il təvəllüdlü Akşin Kərimovun cəsədləri tapılıb.

***17:18

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Şəmkir rayonunun Keçili kəndi ərazisindən keçən hissəsində 2 nəfərin batması barədə məlumat daxil olub.

 

Bu barədə Manset.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az