Bakı-Sumqayıt yolunda avtomobil yandı

17:21 - 15 Avqust 2023

Bakı-Sumqayıt yolunda avtomobil yandı

Abşeron rayon ərazisində “Mercedes-Benz” markalı minik avtomobili yanıb.

 

Fövqəladə Hallar Nazirliyindən (FHN) Manset.az-a verilən məlumata görə, hadisə Bakı-Sumqayıt avtomobil yolunun 25-ci kilometrliyində baş verib.

“Mercedes-Benz” markalı minik avtomobilinin salonu yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az