Bakının Suraxanı rayonunda 3 avtomobil toqquşub, 2 nəfər xəsarət alıb.
Manset.az Report-a istinadən xəbər verir ki, qəza zamanı 1996-cı il təvəllüdlü Əliyev Elvin Bəhrəm oğlu və 1993-cü il təvəllüdlü Nəcəfov Elman Elxan oğlu xəsarət alıblar.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Hadisənin təfərrüatı araşdırılır.