Şəmkirdə fəhlələr qəzaya düşdü, yaralılar var - ADLAR

09:14 - 20 Avqust 2023

Şəmkirdə fəhlələr qəzaya düşdü, yaralılar var - ADLAR

Şəmkirdə mikroavtobus maneə çırpılıb, xəsarət alanlar var.

 

Manset.az xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsi yolunda qeydə alınıb.

“QAZel” markalı mikroavtobusda olan istixana işçilərindən 6 nəfər - 1995-ci il təvəllüdlü G.Səfərova, 1979-cu il təvəllüdlü K.Məmmədova, 1967-ci il təvəllüdlü D.Məmmədova, 1997-ci il təvəllüdlü E.Mayılov, 1974-cü il təvəllüdlü İ.Zeynalova və 1964-cü il təvəllüdlü T.Əliyeva xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıb, vəziyyətləri kafi və qənaətbəxş qiymətləndirilir. Daha bir nəfər 1980-ci il təvəllüdlü E.Cəfərova isə hadisədən qorxduğu üçün həyacan keçirib. Ona da ambulator yardım göstərilib.

Məlumata görə, qəzaya nəqliyyat vasitəsinin önünə mal-qaranın çıxması səbəb olub. Nəticədə sürücü idarəetməni itirərək maşını inəklərdən birinə çırpıb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az