Azərbaycanda “ZİL“ yandı: Sürücü yaralandı

22:06 - 27 Avqust 2023

Azərbaycanda  “ZİL“ yandı: Sürücü yaralandı

Tovuz rayonunun Qovlar şəhərində yük maşını yanıb, 1 nəfər yanıq xəsarətləri alıb.

 

Manset.az Report-a istinadən xəbər verir ki, yük yerində 3 ton ot bağlaması olan "ZİL" markalı avtomobildə yanğın olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Tovuz rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən briqadası cəlb olunub və yanğın söndürülüb.

Hadisə nəticəsində 1960-cı il təvəllüdlü N.Səfərov yanıq xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az