Cəlilabadda "Kamaz" aşıb - Ölən var

17:54 - 03 Sentyabr 2023

Cəlilabadda \"Kamaz\" aşıb - Ölən var

Cəlilabad rayonunda yol nəqliyyat hadisəsi baş verib.

 

Manset.az xəbər verir ki, hadisə rayonun Ləkin kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 1964-cü il təvəllüdlü Söhbət Məmişov, idarə etdiyi "Kamaz" markalı yük avtomobili ilə hərəkətdə olarkən, qəfildən ağır tonnajlı maşını aşırıb. Sürücü ölüb. Meyit avtomobildən çıxarılıb. İlkin məlumata görə, sürücü yük maşını aşmamışdan öncə ürəktutmasından vəfat edib.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az