Hacıqabulda bir gündə əmioğlulardan biri intihar etdi - Digərini maşın vurdu

17:37 - 07 Sentyabr 2023

Hacıqabulda bir gündə əmioğlulardan biri intihar etdi - Digərini maşın vurdu

Hacıqabulda iki əmioğlu eyni gündə ölüb, biri intihar edib, digərini maşın vurub.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında Hacıqabul rayon sakini, 2000-ci il təvəllüdlü Şərəfxan Mehti oğlu Ələkbərov özünü Ağacanlı kəndinin ərazisində yerləşən Xilə meşəsində ağacdan asaraq intihar edib.

Qeyd edək ki, digər hadisə səhər saatlarında Bakı-Qazax magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Naməlum avtomobil Hacıqabul sakini, 2001-ci il təvəllüdlü Ələkbərov Röyal Abuzər oğlunu vuraraq öldürüb. Hər iki faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az