FHN Sumqayıtda radiasiya fonunun normanı keçməsi ilə bağlı məlumat yaydı

21:19 - 09 Sentyabr 2023

FHN Sumqayıtda radiasiya fonunun normanı keçməsi ilə bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində yerləşən müəssisə ərazisində radiasiya fonunun normadan artıq olması barədə məlumat daxil olub.

 

 

Manset.az xəbər verir ki, əraziyə baxış keçirilməsi və radiasiya fonunun ölçülməsi məqsədilə FHN-in müvafiq qüvvələri dərhal əraziyə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.

FHN tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Əlavə məlumat veriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az