Quba rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.
Manset.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə Quba-Xaçmaz yolunun Alakseyevka kəndi ərazisində baş verib.
Zəncirvari qəzada üç maşın toqquşub. Hadisə nəticəsində 2 nəfərin öldüyü bildirilir.
Hazırda faktla bağlı araşdırma aparılır.