Kürdəmirdə ağır yol qəzasında ölənlərin sayı 3-ə çatdı - Yeniləndi

23:47 - 28 Oktyabr 2023

Kürdəmirdə ağır yol qəzasında ölənlərin sayı 3-ə çatdı - Yeniləndi

Kürdəmirdə ağır yol qəzasında ölənlərin sayı 3-ə çatıb.

 

Manset.az Report-a istinadən xəbər verir ki, ağır bədən xəsarətləri alan şəxslərdən biri xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, "Mercedes" markalı minik maşını Kürdəmir istiqamətində hərəkətdə olarkən əks istiqamətdə gələn "VAZ-2106" markalı avtomaşınla toqquşub.

***

Kürdəmirdə ağır yol qəzası baş verib, ölənlər və xəsarət alanlar var.

Manset.az Report-a istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun 33-cü kilometirliyində rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik maşını Kürdəmir istiqamətində hərəkətdə olarkən əks istiqamətdə gələn "VAZ-2106" markalı avtomaşınla toqqaşıb.

Qəza nəticəsində 2 nəfər dünyasını dəyişib, 2 nəfər isə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az