Azərbaycanda 2 yaşlı körpə zəhərləndi

21:17 - 29 Oktyabr 2023

Azərbaycanda 2 yaşlı körpə zəhərləndi

Kürdəmirdə iki azyaşlı kimyəvi maddə içərək zəhərlənib.

 

Manset.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Köhünlü və Ərşəli kəndlərində qeydə alınıb.

Belə ki, rayonun Köhünlü kənd sakini, 2019-cu il təvəllüdlü Tağızadə M.V. oğlu səhvən mal dərmanı, rayonun Ərşəli kənd sakini, 2022-il təvəllüdlü Hüseynov İ.R. oğlu isə səhvən Naftalan yağı içərək zəhərlənib.

Hər iki uşaq dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Hazırda fakt araşdırılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az