Göygöldə avtomobil qəzası oldu: Xəsarət alanlar var

18:22 - 30 Oktyabr 2023

Göygöldə avtomobil qəzası oldu: Xəsarət alanlar var

Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az “Qafqazinfo”-ya istinadən  xəbər verir ki, Gəncə-Göygöl avtomobil yolunda qeydə alınan hadisədə “VAZ21011” markalı maşınla “Mercedes” markalı maşın toqquşub.

Hadisə zamanı 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb və onlara ilkin tibbi yardım göstərilib. Xəsarət alan şəxslərin həyatı təhlükəsi yoxdur.

Faktla bağlı araşdırma başlanılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az