Xəzərdə 2 balıqçı itkin düşüb, axtarışa FHN-in helikopteri cəlb olunub - VİDEO

14:41 - 12 Noyabr 2023

Xəzərdə 2 balıqçı itkin düşüb, axtarışa FHN-in helikopteri cəlb olunub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Xəzər dənizində Səbail rayonu, Bibiheybət qəsəbəsi istiqamətində 2 nəfər balıqçının itkin düşməsi barədə məlumat daxil olub.

 

Fövqəladə Hallar Nazirliyindən Manset.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Aviasiya dəstəsinin helikopteri Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri ilə birgə axtarış işlərinə cəlb olunub.

Hazırda vətəndaşlar - 1954-cü il təvəllüdlü Cəfərov Vidadi Əli oğlu və 1977-cü il təvəllüdlü Həsənov Elvin Nəcəfqulu oğlunun axtarış-xilasetmə tədbirləri davam etdirilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az