Gəncə şəhərində 2 avtomobilin toqquşması nəticəsində xəsarət almış Ayaz Məmmədov yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.
Manset.az Report-a istinadən xəbər verir ki, qəzada xəsarət almış digər şəxsin müalicəsi isə davam edir.
Bundan başqa, məlumata görə, eyni qəzadan daha 1 nəfər də xəstəxanaya müraciət edib. O, 1995-ci il təvəllüdlü T.Cəfərovdur.
Xatırladaq ki, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində 2 avtomobilin toqquşması nəticəsində qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.
***22:37
Gəncə şəhərində iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az Report-a istinadən xəbər verir ki, Gəncə şəhər Üzeyir Hacıbəyli küçəsində "VAZ" və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində 1962-ci il təvəllüdlü Məhəd Qasımov və 1985-ci il təvəllüdlü Ayaz Məmmədov xəsarət alıblar.
Onlar xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyəti kafi və orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.