SON DƏQİQƏ! Azərbaycanda yas yerində DƏHŞƏT - Ölən və onlarla yaralı var

14:38 - 23 Noyabr 2023

SON DƏQİQƏ! Azərbaycanda yas yerində DƏHŞƏT - Ölən və onlarla yaralı var

Bərdə rayonunun Yeni Daşkənd kəndində baş verən hadisə ilə əlaqədar olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına 27 nəfər yerləşdirilib. 

 

Manset.az xəbər verir ki, 1 nəfərdə xəstəxanayaqədər ölüm halı qeydə alınıb. Müxtəlif növ bədən xəsarətləri və digər şikayətlərlə tibb müəssisəsinin müvafiq şöbələrinə yerləşdirilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti qənaətbəxş hesab olunan 2 nəfər ambulator müalicə üçün evə buraxılıb. Digər şəxslərin müalicələri davam etdirilir. 1 nəfərin vəziyyəti ağır, 2 nəfərin vəziyyəti orta ağır, 21 nəfərin vəziyyəti isə stabil qiymətləndirilir.

Əlavə məlumat veriləcək.

***

Bərdə RİH başçısının Yeni Daşkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Sabir Cahangirovun saytımıza bildirdiyinə görə, hadisənin baş verdiyi ev yeni inşa olunub.

Döşəmənin çökməsi yasda eyni otaqda olan 50-yə yaxın insanın ağırlığına dözməməsidir: “Ev yeni inşa olunub. Sadəcə otaqda 50-yə yaxın şəxs olduğuna görə döşəmə ağırlığa dözməyib. Hadisə nəticəsində kənd sakini, 65 yaşlı Sarıtel Məmmədova vəfat edib”.

***

Bu gün Bərdə rayonunda bir nəfərin ölümü, xeyli insanın xəsarət alması ilə nəticələnən hadisə baş verib.

Manset.az TƏBİB-ə istinadən xəbər verir ki, rayonun Yeni Daşkənd kəndində baş verən insidentlə əlaqədar olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına 23 nəfər yerləşdirilib.

1 nəfərdə xəstəxanayaqədər ölüm halı qeydə alınıb. Digər şəxslərin ümumi müayinələri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, hadisə yas mərasimi keçirilən evin döşəməsinin çökməsi nəticəsində baş verib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az