Gəncə zavoddakı yanğın söndürüldü - YENİLƏNDİ

20:03 - 23 Noyabr 2023

Gəncə zavoddakı yanğın söndürüldü - YENİLƏNDİ

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Gəncə şəhəri, Vəli Xuluflu küçəsində Gəncə Cihazqayırma Zavodunun ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

 

Manset.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yağ çəlləklərində baş vermiş yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb.

***18:47

Gəncədə yanğın hadisəsi baş verib.


Manset.az  “qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhərin Vəli Xuluflu küçəsində qeydə alınıb.

Belə ki, Cihazqayırma zavodunda anidən yanğın olub. Hadisə yerinə FHN-in yanğınsöndürən avtomobiləri və canlı qüvvəsi cəlb olub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az