Şəfəq Novruz taxta bazarında ölən dayısından danışdı - VİDEO

22:00 - 23 Noyabr 2023

Şəfəq Novruz taxta bazarında ölən dayısından danışdı - VİDEO

Stilist-vizajist Şəfəq Novruz tikinti materialları bazarında ölən dayısından danışıb.

 

Manset.az xəbər verir ki, o bu barədə şəxsi "Instagram" hesabında payalşım edib.

Stilist bildirib ki, səhəri kədərli xəbərlə açıblar. Bu gün Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektindəki taxta bazarında baş verən yanğında həyatını itirən şəxs onun doğma dayısıdır.

Şəfəq bu xəbəri anasının bilmədiyini də vurğulayıb.

Qeyd edək ki, bu gün tikinti materialları bazarındakı yanğında həyatını itirən 1962-ci il təvəllüdlü Razi Qasımov yaxın qohumunun obyektində mühafizəçi işləyirmiş. O, yanğın baş verən zaman alovun mühafizə etdiyi obyektə də keçməsini görməsindən sonra halı pisləşərək hadisə yerində dünyasını dəyişib.

Ətraflı videoda:


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az