İsmayıllıda ikimərtəbəli ev yandı

19:56 - 26 Noyabr 2023

İsmayıllıda ikimərtəbəli ev yandı

İsmayıllı rayonunda yanğın baş verib.

 

Fövqəladə Hallar Nazirliyindən Manset.az-a verilən məlumata görə, rayonun Çəmənli kəndində ümumi sahəsi 154 m² (hər mərtəbəsi 77 m²) olan ikimərtəbəli, 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Bitişik köməkçi tikili yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az