Bakı şəhəri Heydər Əliyev prospektində ölümlə nəticələnən yol qəzası baş verib.
Manset.az Bizim.Media-ya istinadən xəbər verir ki, Suraxanı dairəsi adlanan ərazidə şadlıq sarayının qarşısında “Toyota Prius” markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub.
Piyada zərbənin təsirindən yerindəcə keçinib.
Pidanın kimliyi dəqiqləşdirilir.
Qəza səbəbindən magistral yolda sıxlıq yaranıb.
Faktla bağlı araşdırma aparılır.