Keşlə stansiyası ərazisində KÜTLƏVİ DAVA - 4 nəfər bıçaqlandı

11:19 - 30 Noyabr 2023

Keşlə stansiyası ərazisində KÜTLƏVİ DAVA - 4 nəfər bıçaqlandı

Noyabrın 28-də gecə saatlarında Keşlə dəmir yolu stansiyası ərazisindən 4 yeniyetmənin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.

 

Bu barədə Manset.az-a Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri olan 4 yeniyetmə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az