Bakı-Qazax yolunda ağır qəza - Xəsarət alanlar var

21:52 - 02 Dekabr 2023

Bakı-Qazax yolunda ağır qəza - Xəsarət alanlar var

Kürdəmirdə ağır yol qəzası baş verib, xəsarət alanlar var.

 

Manset.az Report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, iki "Mercedes"in toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

Onlar Bakı şəhər sakinləri iki bacı 51 yaşlı Quliyeva Yaqut Məmməd qızı, 54 yaşlı Quliyeva Yeganə Məmməd qızı və Şəmkir rayon sakini, 22 yaşlı Məhərrəmli Əmrah Sahib oğludur.

Hazırda faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv