Kürdəmirdə avtomobil anidən yandı - FOTOLAR

22:00 - 03 Dekabr 2023

Kürdəmirdə avtomobil anidən yandı - FOTOLAR

Kürdəmir rayonunda vətəndaşa məxsus avtomobil anidən yanıb.

 

Manset.az “Report”a istinadən  xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, sürücü Əzizzadə Binyamin Niyazi oğluna məxsus “Mercedes” markalı minik maşınının mühərrik hissəsində anidən yanğın başlayıb.

Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Yanğın söndürülüb və digər əraziyə yayılmasının qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az