Premyer Liqada son 5 matçda 5 qol vuran "Mançester Yunayted"in danimarkalı hücumçusu Rasmus Höjlund zədə səbəbindən bir müddət meydandan uzaq qalacaq.
Manset.az xəbər verir ki, klubdan verilən açıqlamaya görə, əzələ zədəsi diaqnozu qoyulan 21 yaşlı danimarkalı hücumçu 2-3 həftə oynaya bilməyəcək.
Qeyd edək ki, bu mövsüm Mançester komandasının heyətində 30 matçda iştirak edən Höjlund 13 qol vurub, 2 məhsuldar ötürmə edib.
Jalə
Manşet.az