“Neftçi” “Turan Tovuz” oyunu heç-heçə bitdi

18:00 - 24 Fevral 2024

“Neftçi” “Turan Tovuz” oyunu heç-heçə bitdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun daha bir oyunu keçirilib.

 

MManset.az  xəbər verir ki, “Neftçi” səfərdə “Turan Tovuz”un qonağı olub. Tovuz şəhər stadionunda oynanılan görüşdə qalib müəyyənləşməyib – 1:1.

Hesabı 72-ci dəqiqədə paytaxt klubu açıb. Yeqor Boqomolski komandasını önə keçirib. Meydan sahiblərinin bərabərlik qoluna isə 88-ci dəqiqədə Fərid Nəbiyev imza atıb.

Bu nəticədən sonra xallarını 36-ya çatdıran “Neftçi” 2-ci pillədəki mövqeyini qoruyub. 31 xalı olan “Turan Tovuz” isə 5-ci sıraya yüksəlib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az