“Real”ın hücumçusu Xoselu zədələnib.
Manset.az Bizim.Media-ya istinadən xəbər verir ki, ispaniyalı forvard 3 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Xoselu yalnız martdakı beynəlxalq fasilədən sonra komanda ilə məşqlərə qayıdacaq.
Xoselu bu mövsüm “Real”ın heyətində 35 oyun keçirib, 13 qol vurub və 4 məhsuldar ötürmə verib.