ABŞ gimnastları Bakıda keçirilən Dünya Kubokunda birinci yeri tutdular

16:20 - 25 Fevral 2024

ABŞ gimnastları Bakıda keçirilən Dünya Kubokunda birinci yeri tutdular

ABŞ idmançıları Nikol Asinqer və Şayenn Sara Vebster Bakıda keçirilən Dünya Kubokunda batut üzərində sinxron tullanma proqramında 49,010 xal toplayaraq qızıl medal qazanıblar.

 

Manset.az xəbər verir ki, Çin təmsilçiləri Yunçju Tsao və Sinsin Çjan gümüş medal qazanıblar , hakimlər onların çıxışını 48,850 xalla qiymətləndiriblər. 47,530 xalla bürünc medalı Gürcüstan gimnastları Anano Apakidze və Mariam Ragimovi qazanıblar.

Qeyd edək ki, fevralın 23-25-də Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku keçiriləcək. Yarışda 32 ölkədən gimnastlar iştirak edir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az