"Everton"un xal cəzası azaldıldı

18:46 - 26 Fevral 2024

\"Everton\"un xal cəzası azaldıldı

Maliyyə feyr-pleyini pozduğuna görə 10 xalı silinən "Everton"un apellyasiya şikatəyinə baxılıb.

 

Manset.az  klubun saytına istinadən xəbər verir ki, silinən 10 xaldan 4-nün bərpa olunmasına qərar verilib. Bildirilib ki, Apellyasiya heyəti "Everton"un 9 arqumentindən ikisi ilə razılaşıb. Buna görə cəza azaldılıb.

Hazırda "Everton" Premyer Liqanın turnir cədvəlində 21 xalla 17-ci yerdədir. Kluba 4 xalı qaytarmaq qərarı qüvvəyə minəndə komanda 15-ci pilləyə yüksələcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az