Portuqaliyanın "Benfika" klubu Andre Vakulyuku Ukraynanın 17 yaşadək futbolçulardan ibarət milli komandasına buraxmayıb.
Manset.az xəbər verir ki, informasiyanı "Sport.ua" yayıb.
Mənbənin məlumatına görə, Vakulyuka U-17-nin AÇ-nin seçmə oyunlarının elit-raundunda oynamaq üçün dəvət gəlib, lakin Portuqaliya klubu ukraynalı legioneri buraxmamağa qərar verib. Səbəb kimi göstərilib ki, Ukrayna milli komandası FİFA-nın təsdiq etdiyi pəncərədə yox, iki həftə əvvəl oynayır. Buna görə də "Benfika" Vakulyuku klubda saxlamaq qərarına gəlib.
17 yaşadək futbolçulardan ibarət Ukrayna yığması Yunanıstanda keçirilən elit-raunda iki qələbə ilə başlayıb. Yuri Morozun yetirmələri əvvəlcə meydan sahiblərini 2:0 udub, daha sonra İsveçrəni darmadağın edib - 3:0.
AÇ-yə vəsiqə qazanmaq üçün qrup qalibi olmaq və ya ikinci yeri tutacaq 7 ən yaxşı komandanın siyahısında yer almaq lazımdır.
Andre Vakulyuk ukraynalı mühacirlərin oğludur. O, Portuqaliyada anadan olub, 2024-cü ildə isə Ukrayna vətəndaşlığını alıb.