Rafael Benites istefaya göndərildi

18:09 - 12 Mart 2024

Rafael Benites istefaya göndərildi

İspaniyanın "Selta" klubu baş məşqçisi Rafael Beniteslə yollarını ayırıb.

 

Manset.az  xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

La Liqanın 28-ci turunda "Real"a 0:4 hesablı məğlubiyyətdən sonra klub rəhbərliyi belə qərar verib.

"Selta" hazırda İspaniya çempionatında 24 xalla 17-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, ispaniyalı mütəxəssis 2023-cü ilin yayından "Selta"nı çalışıdırırdı. Onun müqavilə müddəti 2026-cı ilin yayına qədər idi.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az