"Bayer"in futbolçusu 3-cü dəfə Bundesliqanın ən yaxşısı seçildi

21:50 - 14 Mart 2024

\"Bayer\"in futbolçusu 3-cü dəfə Bundesliqanın ən yaxşısı seçildi

"Bayer"in yarımmüdafiəçisi Florian Virtz Bundesliqada fevral ayının ən yaxşı oyunçusu seçilib.

 

Manset.az xəbər verir ki, bu barədə yarışın rəsmi saytı məlumat yayıb.

20 yaşlı futbolçu ölkə çempionatında ötən ay meydana çıxdığı 4 matçda 3 qol ötürməsi edib. Virtz bu mövsüm 3-cü dəfədir ki, ən yaxşı adına layiq görülür.

Xatırladaq ki, "Bayer" UEFA Avropa Liqasının 1/8 finalında "Qarabağ"ın rəqibidir. Komandalar arasında Bakıda keçirilən ilk oyunda 2:2 hesablı heç-heçə qeydə alınıb. Cavab görüşü bu gecə Bakı vaxtilə saat 00:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az