Qrizmann son 7 ildə ilk dəfə kənarda qalacaq

07:00 - 20 Mart 2024

Qrizmann son 7 ildə ilk dəfə kənarda qalacaq

 "Atletiko Madrid"in forvardı Antuan Qrizmann son 7 ildə ilk dəfə Fransa millisinə kömək edə bilməyəcək.

 

Manset.az-ın məlumatına görə, 32 yaşlı hücumçu topuğundakı zədə səbəbindən ölkəsinin yığmasının  Almaniya və Çiliyə qarşı keçirəcəyi yoldaşlıq matçlarına kənardan baxacaq.

Antuan 2017-ci ildən bəri yığmada ardıcıl 84 matçda meydana çıxıb və "xoruzlar"ın heç bir matçını buraxmayıb.

Qeyd edək ki, Fransa seçməsi martın 23-də Almaniya, bundan 3 gün sonra isə Çili ilə qarşılaşacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az