Məşhur kolumbiyalı müğənni Şakira "Barselona"nın sabiq futbolçusu Jerar Pikedən ayrıldıqdan sonra həyatında baş verən dəyişikliklərdən danışıb.
Manset.az xəbər verir ki, o, "People"yə açıqlamasında deyib ki, hazırda onun üçün həyat əvvəlkindən daha yaxşıdır:
“Pike ilə mənimki bəzən sevgi-nifrət münasibəti idi. Hər dəfə işləmək üçün studiyaya gedirdim və heç bir nəticə olmurdu. Ailəmi nəzarətsiz qoyub getdiyimi hiss edirdim. Həqiqətən bəyənmədiyim vaxtlar olub. Özümü günahkar hiss edirdim.
İndi məndən asılı olan iki uşağa, iki körpəyə cavabdehəm. Mən tək anayam, evdə mənə köməklik edə biləcək ərim yoxdur. Əslində bir növ, ərin olmaması yaxşıdır. Çünki indi işləmək, mahnı yazmaq istəyirəm. Bu, mənim ehtiyacımdır ki, bunu əvvəllər hiss etməmişəm”.
Xatırladaq ki, Pike və Şakira 2022-ci ilin yayında ispaniyalı sabiq futbolçunun xəyanəti səbəbindən ayrılıblar. Onların Milan və Saşa adlı 2 övladı var.