Türkiyə Super Kuboku ilə bağlı qərar verildi

11:14 - 24 Mart 2024

Türkiyə Super Kuboku ilə bağlı qərar verildi

Türkiyə Super Kuboku uğrunda keçiriləcək matçla bağlı qərar verilib. 

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, görüş aprelin 7-si Şanlıurfa şəhərində təşkil olunacaq. Belə ki, “Qalatasaray”la ölkə kubokunun qalibi “Fənərbaxça” üz-üzə gələcək.

Qeyd edək ki, “Fənərbaxça” Konfrans Liqasında mübarizə apardığı üçün matçın təxirə salınmasını tələb etmişdi. Lakin federasiya klubun müraciətini qəbul etməyib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az