Ronaldu "Əl-Nəsr"də het-trik etdi

10:50 - 31 Mart 2024

Ronaldu \"Əl-Nəsr\"də het-trik etdi

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda növbəti qollarını vurub.

 

Manset.az "Report"a istinadən xəbər verir ki, 39 yaşlı hücumçu yerli çempionatın XXV tur matçında het-trik edib.

Təcrübəli forvard "Əl-Tai"yə 5:1 hesabı ilə qalib gəldikləri oyunun 65, 67 və 87-ci dəqiqələrində fərqlənib.

O, cari mövsüm liqadakı qollarının sayını 26-ya çatdırıb.

Qeyd edək ki, "Əl-Nəsr" hazırda 59 xalla ikinci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az