“Brentford”un hücumçusu Nil Mope Premyer Liqanın 30-cu turunda “Mançester Yunayted”lə heç-heçədən (1:1) sonra “qırmızılar”ın yarımmüdafiəçisi Skott Maktominayı ələ salıb.
Manset.az xəbər verir ki, oyundan sonra Mope Skottla oyun zamanı bir-birlərinin köynəyindən yapışıb tutaşdıqları anın fotosunu paylaşıb.
“Bu fanat mənim formamı çox istəyirdi”, – Mope şəklin altına gülüş emojisi əlavə edərək yazıb.