Türkiyə Futbol Federasiyası hakim Halil Umut Melerə yeni vəzifə verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Meler “İstanbulspor” – “Çaykur Rizespor” matçına VAR hakimi təyin edilib.
Qeyd edək ki, Superliqanın 30-cu həftəsində “Fənərbaxça”nın “Trabzonspor”a 3:2 hesabı ilə qalib gəldiyi və matçın sonlarında xaos yaşandığı oyunda fit çalan Halil Umut Melərə meydança vəzifəsi verilməməsi də diqqətdən yayınmayıb.
Əfsanə Rəcəb
Manşet.az