“Fənərbağça” “Qalatasaray”la oyun üçün təxribat hazırlayır - ŞOK PLAN

22:17 - 05 Aprel 2024

“Fənərbağça” “Qalatasaray”la oyun üçün təxribat hazırlayır - ŞOK PLAN

Türkiyə Superkubokunun “Fənərbağça” – “Qalatasaray” matçı baş tutmaya bilər. Oyun aprelin 7-nə planlaşdırılıb.

 

Manset.az xəbər verir ki, “Ajansspor”un məlumatına görə, “Fənərbğça”nın məşqçilər korpusu oyuna U19-un üzvlərindən 9 futbolçu göndərmək niyyətindədir. Qarşılaşma başalayndan sonra isə üç nəfər zədə və ya digər səbəblərə görə meydanı tərk etməlidir.

Məlumatı “Fənərbağça”nın idarə heyətinin üzvü Erol Biletsik də təsdiqləyib.

Əgər bu baş verərsə, o zaman reqlamentə əsasən matç yarımçıq dayandırılaraq vaxtından əvvəl başa çatacaq. Həmçinin “Fənərbağça”nın baş məşqçisi İsmayıl Kartal oyunöncəsi mətbuat konfransına gəlməyi planlaşdırmır. “Fənərbağça”ya texniki məğlubiyyət veriləcək və mükafatlandırma mərasimi stadionda olmayacaq.

Xatırladaq ki, “Fənərbağça” Türkiyə çempionatından çəkilməyi düşünür. Belə fikirlər “Trabzonspor” azarkeşlərinin İstanbul klubunun futbolçularına hücumundan sonra ortaya çıxıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az