“Kəpəz” “Araz-Naxçıvan”a qalib gəldi

23:04 - 05 Aprel 2024

“Kəpəz” “Araz-Naxçıvan”a qalib gəldi

Azərbaycan Premyer Liqasında XXIX tura start verilib.

 

Manset.az  xəbər verir ki, açılış oyunu “Liv Bona Dea Arena”da keçirilib.

Günün yeganə matçında “Araz-Naxçıvan” “Kəpəz”i qəbul edib. Görüşdə hesabı ev sahibləri açıblar. 16-cı dəqiqədə Miço Kuzmanoviç fərqlənib. Lakin fasilədən sonra gəncəlilər geridönüş etməyi bacarıblar. Əvvəlcə 54-cü dəqiqədə Martins Junior adını tabloya yazdırıb. 8 dəqiqə sonra Mate Kvirkviya adını tabloya yazdırıb.

Beləliklə, səfərdə 2:1 hesablı qələbə qazanan “Kəpəz” elitada qalmaq yolunda davam bir önəmli addım atıb. Gəncəlilər xallarının sayını 30-a çatdıraraq, doqquzuncu pillədəki mövqelərini qoruyublar. “Araz-Naxçıvan” isə 32 xalla səkkizinci yerdə qalıb.

Qeyd edək ki, turun digər oyunları aprelin 6-7-də keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az