"Turan Tovuz" "Sabah"ı məğlub etdi

18:04 - 06 Aprel 2024

\"Turan Tovuz\" \"Sabah\"ı məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIX turun daha bir oyunu keçirilib.

 

Manset.az Report-a istinadən xəbər verir ki, günün ilk matçında "Turan Tovuz" "Sabah"ı qəbul edib.

Tovuz şəhər stadionunda geçəkləşən qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 26-cı dəqiqədə Aleks Souza fərqlənib. 82-ci dəqiqədə isə Otto Con adını tabloya yazdırıb.

Bu nəticədən sonra xallarının sayını 39-da çatdıran Tovuz təmsilçisi hazırda 6-cı pillədə qərarlaşıb. "Sabah" 40 xalla beşincidir.

Günün saat 20:00-da start götürəcək qarşılaşmasında "Qarabağ" "Səbail"i sınağa çəkəcək.

Qeyd edək ki, ötən gün "Kəpəz" "Araz-Naxçıvan"a qalib gəlib - 2:1. Tura aprelin 7-də yekun vurulacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az