Güləşçimiz Olimpiya Oyunlarına lisenziya QAZANDI

19:00 - 07 Aprel 2024

Güləşçimiz Olimpiya Oyunlarına lisenziya QAZANDI

Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə (57 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

 

Manset.az-ın məlumatına görə, 26 yaşlı idmançı Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində bunu bacarıb.

26 yaşlı Avropa çempionu Şimali Makedoniya təmsilçisi Vladimir Yeqorovdan güclü olub. Qitə çempionlarının duelindən Əliabbas Rzazadə 4:3 hesablı qələbə ilə ayrılıb.

Bununla Azərbaycanın Paris-2024-ə lisenziya qazanan idmançılarının sayı 12-yə yüksəlib. Daha əvvəl sərbəst güləşçi Maqomedxan Maqomedov (97 kq) olimpiadaya lisenziya əldə etmişdi.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az